Emin Ağalarov Moskvada yaşlı insanlar üçün pulsuz restoran açdı - FOTO


Azərbaycanlı müğənni, Xalq artisti Emin Ağalarov Moskvada yaşlı insanların pulsuz yemək yeyə biləcəyi “Dobromik” adlı kafe açıb.

Yeniavaz.com xəbər verir ki, E.Ağalarov bu barədə “instagram” hesabında məlumat verib: Onun sözlərinə görə, burada yaşlı insanlar hər həftə gəlib ödənişsiz yemək yeyə biləcəklər. Layihə Emin Ağalarov və Aleksandra Sinyak və Yevgeni Gerşeviçin təşəbbüsü ilə həyata keçirilib. Onların bu addmını izləyicilər təqdirə layiq hesab ediblər. 

İlahə Hüseynova 

DİGƏR XƏBƏRLƏR

Top