Deputat: “Parlamentdəki çıxışlar televiziyalarda verilsin”


“Biz belə edə bilərik ki, Azərbaycan Televiziyası və ya İctimai Televiziyada parlament saatı ayrılsın və burada olan çıxışlar orada verilsin”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

O bildirib ki, beləliklə insanlar onları düşündürən məsələlərin milli məclisdə qaldırılmasının şahidi olarlar: “Son 10 ildə mən təxminən 115 təkliflə çıxış etmişəm. Hesab edirəm ki, bizim fəaliyyətimizin işıqlandırılmasında ciddi problem var. Biz təklif etmişdik ki, parlament televiziyası yaradılsın. Bu indi mümkün deyilsə, biz belə edə bilərik ki, Azərbaycan Televiziyası və ya İctimai Televiziyada parlament saatı ayrılsın və burada olan çıxışlar orada verilsin. Bu çox vacibdir. Cəmiyyətin xəbəri olsun ki, parlament çalışır. Biz əgər bu mexanizmi həyata keçirsək insanlar görər ki, onları düşündürən məsələ burada qaldırılır”. 

DİGƏR XƏBƏRLƏR

Top