Siyavuş Novruzov: “Biz xalq artisti deyilik ki, gündə özümüzü instaqramda göstərək”


“Biz xalq artisti deyilik ki, özümüzü instaqramda göstərək gündə orada-burada”.

Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bu sözləri, millət vəkili Fazil Mustafa haqqında fikir bildirərkən deyib: “Bu yaxınlarda həmkarım Fazil Mustafa tərəfindən bir müsahibə verilib ki, islahat Milli Məclisdən başlamalıdır. Səbəbi də budur ki, onun hər hansı bir sosial şəbəkədə işləməsinə Milli Məclis maneəçilik törədir. Mən buarada oturan deputatlara sual verirəm, hansı birinizin sosial şəbəkədə işləməyinə Milli Məclis maneaəçilik törədir? Ona görə də xalı çatmayan, Milli Məclisdən özünə xal götürmək istəyir. Hər bir kəs ifadəsində, fikrində, rəyində oturduğu stola hörmət eləsin. O səlahiyyəti xalq verib ki, xalqın maraqlarını təmsil edəsiz”. 

DİGƏR XƏBƏRLƏR

Top