Baş məşqçi 2 qol vurdu, özünü əvəzlədi


Türkiyə 1-ci liqasının 8-ci turunda keçirilən “Karagümrük” – “Osmanlıspor” oyununda maraqlı anlar qeydə alınıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmaya start heyətdə başlayan “Karagümrük” klubunun baş məşqçisi Erkan Zengin matçın 43 və 77-ci dəqiqələrində komandasının qollarının müəllifi olub.
O, oyunun 81-ci dəqiqəsində özünü əvəzləyib.
Qeyd edək ki, “Karagümrük” Türkiyə 1-ci liqasında 8 turdan sonra 15 xalla 3-cü pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top