İlham Əliyev Vladimir Putinə başsağlığı verdi


Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç. 

Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".

DİGƏR XƏBƏRLƏR

Top