Zelenski Yaponiyaya təşəkkür etdi


Ukrayna dövlət başçısı Vladimir Zelenski, Yaponiya hökümətinə Krım işğalını tanımadığına görə təşəkkürünü bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezideti V.Zelenski, Yaponiya İmperatoru Naruhitonun tac qoyma mərasimi üçün rəsmi dəvət ilə bu gün Yaponiyaya gedib. İlk olaraq Tokyoda Yaponiya Baş Naziri Şinzo Abe ilə görüşən V.Zelenski, bir çox qeyri-hökumət təşkilatı, dərnəklər, siyasətçilər və iş adamları ilə görüşüb. O, görüşdə Yaponiyaya Yaponiyanın Ukranyaya göstərdiyi siyasi dəstək üçün təşəkkür edirib: “Krım işğalının tanınmaması məsələsində Yaponiyanın Ukranyaya göstərdiyi siyasi dəstək üçün təşəkkür edirik. 2014-ci ildən bu yana 1.8 milyard maddi dəstək göstərdiyi üçün minnətdarlığımızı bildiririk. Bu yardımlar islahatların yerinə yetirilməsində və müharibə zonasında yerləşən Donbası yenidən inşa etmək üçün çox önəmlidir. Ukrayna vətəndaşları üçün Yaponiya tərəfindən vizasız səyahət müddəti artırılarsa minnətdar olarıq”.
Qeyd edək ki, V.Zelenski 24 oktyabra qədər Yaponiyada qalıb mərasimləri yaxından izləyəcəyini və digər ölkələrin başçıları ilə  görüşəcəyini bildirib.

Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top