Ukraynanın sabiq aqrar siyasət və qida naziri Taras Kutovıy vertolyot qəzasında öldü.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirinin müavini Anton Qeraşçenko məlumat verib.
Məlumata grə, helikopter Poltava bölgəsinin Orjitsko rayonunun Tarasenkovo kəndində qəzaya düşüb. Qəzaya uğrayan “Robinson-44” tipli helikopterin içərisində sabiq nazir T.Kutovıy da olub. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü T. Kutovıy 2016-2018-ci illərdə nazir postunda olub. 2018-ci ilin noyabr ayında isə Ukraynanın Ali Radası T.Kutovıyın istefasını təstiqləyib.
İlahə Hüseynova