Türkiyənin YPG-yə bölgədən çəkilməsi üçün verdiyi müddət bitir - SON VƏZİYYƏT


Türkiyə və ABŞ arasındakı razılığa əsasən Türkiyə sərhəddində yerləşən terroristlərin çəkilməsi üçün verilən 120 saatlıq müddətin bitməsinə saatlar qalıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bugün saat 23:00-a qədər YPG terror qruplaşmasının Türkiyə-Suriya sərhəddindən tamamilə çəkilməsi gözlənilir. YPG-dən edilən son açıqlmaya görə, onlar öz silahlı birliklərini sərhəddən 30 kilometr uzağa aparıblar ancaq, onların nəzarətində olan bəzi neft istehsalı edən zavodları tərk etməyəcəklərini söyləyiblər. Qruplaşma üzvlərinə verilən ağır silahların ABŞ tərəfindən geri alınıb alınmadığı isə hələlik bilinmir. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bugün Rusiya prezidenti Putinlə bütün bu məsələləri  görüşəcəyi bildirilib. Əgər bugün saat 23:00-a qədər razılığın şərtləri tamamilə yerinə yetirilsə həmin ərazidə suriyalı qaçqınların yerləşdirilməsi üçün təhlükəsiz bölgənin inşası başlayacaq. YPG-nin geri çəkilməyəcəyi təqdirdə isə "Barış pınarı" əməliyyatı davam edəcək.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top