Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb.
İfaçı şəxsi instagram hesabından paylaşdığı videoda ölkə başçısına təşəkkür edib: “Bu gün unutmayacağım hisslərlə doludur. Hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim , tamaşaçılarım.
Hörmətli cənab prezidentə, dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Röya və Miri Yusif, mənim gözəl sənət dostlarım, yeni adınız mübarək".