Azərbaycanda siyasi partiyalar hardan maliyyələşir? - Bütün partiyaların SİYAHISI


Açıqlanan məlumata görə bugünə kimi Azərbaycanda 55 siyasi partiya rəsmi dövlət qeydiyyatdan keçib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hesab olunur. Bu partiya 17 iyul 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Bir həftə sonra - 24 iyul 1992-ci ildə  Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası qeydiyyatdan keçib.
Azərbaycanda qeydiyyatdan keçən sonuncu siyasi partiya Milli Dirçəliş Hərəkatı Partiyası olub. Bu partiya 31 may 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Seçki Komissiyasından açıqlanan məlumata görə ötən il dövlət qeydiyyatından keçən 55 siyası partiyadan 48-i ötən il üçün maliyyə hesabatı verib. 7 partiya maliyyə hesabatını təqdim etməyib. Maliyyə hesabatı təqdim edən 48 partiyadan 30-nun heç bir maliyyə göstəricisi olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.
Maliyyə hesabatı təqdim edən 18 siyasi partiyadan 11-i Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.
18 siyasi partiya arasında yalnız 5-nin - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası Böyük Qurtuluş Partiyası üzvlük haqqı topladığı bildirilir.
Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb - 8  milyon 45 min 144 manat. Partiyanın 730 min üzvünün olduğunu nəzərə alsaq, hər bir partiya üzvünə il ərzində orta hesabla 9 qəpik üzvlük haqqı düşüb.

s/s

Siyasi
Partiyalar

Qeydiyyat tarixi

Gəlir
(manat)

Xərc
(manat)

Yığılan üzvlük haqqı (manat)

1.

Azərbaycan Milli İstiqlal Partiyası

17.07.1992

1 354

1 615,99

1 354

2.

Azərbaycan Dirçəliş və Təqrəqqi Partiyası

24.07.1992

-

-

-

3.

Azərbaycan Xalq Demokratik Partiyası

11.08.1992

-

-

 

4.

"Ana Vətən" Partiyası

11.08.1992

135 714,28

136 505,78

-

5.

Milli Demokrat İdrak Partiyası

11.08.1992

-

-

-

6.

Azərbaycan Kəndli Partiyası

23.09.1992

-

-

-

7.

Vətəndaş Həmrəyliyi Partiyası

03.11.1992

135 714,28

135 714,28

-

8.

Müsavat Partiyası

08.12.1992

7 532

7 162

5 095

9.

"Birlik" Partiyası

18.12.1992

-

-

-

10.

Yeni Azərbaycan Partiyası

18.12.1992

9 413 001

7  429 871

8 045 144

11.

Vahid Azərbaycan Milli Birlik Partiyası

13.01.1993

-

-

-

12.

Vahid Azərbaycan Partiyası

13.01.1993

-

-

-

13.

Demokratik Azərbaycan Dünyası Partiyası

10.02.1993

-

-

-

14.

Müstəqil Azərbaycan Partiyası

10.02.1993

-

-

-

15.

Milli Qurtuluş Partiyası

03.03.1993

-

-

-

16.

Azərbaycan Yurddaş Partiyası

12.03.1993

-

-

-

17.

Azərbaycan Ümid Partiyası

05.05.1993

-

488,86

-

18.

"Qorqud" Partiyası

10.11.1993

-

-

-

19.

Azərbaycan Milli Hərəkat Partiyası

02.03.1994

-

-

-

20.

Azərbaycan Kommunist Partiyası

02.03.1994

-

-

-

21.

Azərbaycan Milli Dövləgtçilik Partiyası

12.10.1994

-

-

-

22.

Azərbaycan Vətənpərvərlər Partiyası

12.10.1994

-

-

-

23.

Azərbaycan Demokratik Sahibkarlar Partiyası

17.05.1994

-

-

-

24.

Azərbaycan Naminə Alyans Partiyası

22.06.1995

-

-

-

25.

Azərbaycan Demokratik Maarifçilik Partiyası

04.08.1995

116 677,43

117 978,14

121

26.

Azərbaycan Sosial Rifah Partiyası

04.08.1995

117 857,14

117 797,88

-

27.

Azərbaycan Liberal Partiyası

14.08.1995

-

-

-

28.

Azərbaycan Sosial Demokrat Partiyası

01.09.1995

117 857,14

117 771,96

-

29.

Azərbaycan Xalq Cəbhəsi Partiyası

01.09.1995

-

-

-

30.

Azərbaycan Vahid Kommunist Partiyası

19.09.1995

-

-

-

31.

Sosial Ədalət Partiyası

11.12.1998

-

-

-

32.

Milli Konqres Partiyası

11.12.1998

-

-

-

33.

Vəhdət Partiyası

11.12.1998

117 857,14

117 853,56

-

34.

Azərbaycan Respublikaçılar Partiyası

09.07.1999

-

-

-

35.

Azərbaycan Xalq Partiyası

09.07.1999

-

-

-

36.

Azərbaycan Liberal Demokrat Partiyası

09.07.1999

-

-

-

37.

Azərbaycan Demokrat Partiyası

03.02.2000

-

-

-

38.

"Azərbaycan Mübarizləri" Partiyası

27.05.2000

-

-

-

39.

"Ədalət" Partiyası

08.05.2002

200

200

-

40.

"Milli Vəhdət" Partiyası

08.05.2002

-

-

-

41.

Müasir Müsavat Partiyası

08.05.2002

-

-

-

42.

Azərbaycan Azad Respublikaçılar Partiyası

08.05.2002

-

-

-

43.

Böyük Qurtuluş Partiyası

12.08.2005

118 308,14

118 159,66

451

44.

Azadlıq Partiyası

12.08.2005

-

-

-

45.

Azərbaycan Demokratik İslahatlar Partiyası

12.08.2005

117 867,14

118 831,23

-

46.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

12.08.2005

146 485,64

146 548,7

-

47.

Azərbaycan Tərəqqi Partiyası

12.08.2005

-

-

-

48.

Böyük Azərbaycan Partiyası

12.08.2005

-

-

-

49.

Azərbaycan Təkamül Partiyası

12.08.2005

-

-

-

50.

Vətəndaş Birliyi Partiyası

12.08.2005

-

-

-

51.

Klassik Xalq Cəbhəsi Partiyası

31.01.2007

-

-

-

52.

Vətəndaş və İnkişaf Partiyası

10.08.2007

200

200

-

53.

Azərbaycan Milli Demokrat Partiyası

24.12.2008

-

-

-

54.

Aydınlar Partiyası

19.11.2009

-

-

-

55.

Milli Dirçəliş Hərəkatı Partiyası

31.05.2011

117 857,14

115 845,18

-

 
Onu da bildirək ki, bugünə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.
 
Allahverdi Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top