Eskobarın qardaşı İlon Maskı TƏHDİD ETDİ: Səni məhv edərəm


Məşhur milyarder İlon Maskın yeni ixtira etdiyi "alov silahı", onun dünyaca məşhur narkobaron Pablo Eskobarın ailəsi ilə problem yaşamasına səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 1993-cü ildə polislər tərəfindən vurularaq öldürülən P. Eskobarın qardaşı Roberto Eskobar "alov silahı"nın ideyasının özlərinə məxsus olduğunu iddia edib. O, bu fikrin, qardaşı P. Eskobarın pul yandırmaq adətindən yarandığını deyib və milyarderin qanunsuzluq etdiyini bildirib.
R. Eskobar İlon Maskdan 100 milyon dollar və ya "Tesla" şirkətinin səhmlərindən pay istəyib.
O əks təqdirdə məşhur milyarderi "məhv edəcəyini" bildirib: "Sən uşaq ikən biz dünyanı idarə edirdik".

DİGƏR XƏBƏRLƏR

Top