"Ay çömçəbaş, bu, şou-biznes deyil, siyasətdir" – Kərim Elçin Əlibəylini təhqir etdi


Müğənni Kərim Abbasov növbəti dəfə aparıcı Elçin Əlibəyliyə söz atıb. 

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, o, Elçin Əlibəylinin Əli Kərimlini təhqir etdiyi üçün döyüldüyü barədə yaydığı məlumatı paylaşaraq yazıb: “Ay çömçəbaş, bu sənin üçün şou-biznes deyil ki, ağzına gələni deyəsən. Bu siyasətdir. Niyə farağat durmursan? Atalar məsəli var, amma pis olduğu üçün demirəm. Kim səni döyüb, bilmirəm. Amma əlləri dərd görməsin. Yalan deyirsənsə, inşallah doğru olar”.

Qeyd edək ki, Kərim Elçin Əlibəyli haqqında bunları demişdi: “Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Onun yıxdığı evi heç kim yıxmayıb. O, mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilməzsən. Mən hələlik susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni çırpdı yerə... Mən Elçinə görə 1 il İstanbulda yaşadım”.

DİGƏR XƏBƏRLƏR

Top