BDU-nun rektoru universitetin həyətində dönərxana açıb?


Bakı Dövlət Universitetinin rektorunun dönərxana açdığı iddia olunur.

Yeniavaz.com-un verdiyi xəbərə görə, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat yayıb. E.Əliyev bildirib ki, BDU-nun yeni rektoru Elçin Babayev universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. İddiaya görə, “Çarx üstü” adlı dönərxanalar rektora məxsusdur.
Etibar Əliyev daha sonra Bakı Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvlüyündən istefa verdiyini də açıqlayıb.
İddia ilə bağlı açıqlama almaq üçün BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. Universitetdən iddianı araşdırıb yaxın saatlarda cavab veriləcəyi bildirildi.

DİGƏR XƏBƏRLƏR

Top