İngiltərənin Avropa İttifaqından çıxması yenə "təxirə salındı"


İngiltərə Parlamentində baş nazir Boris Consonu "Brexit"i (İngiltərənin Avropa İttifaqından çıxması) təxirə salması üçün verilən qanun təklifi qəbul edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Oliver Letvin tərəfindən verilən qanun təklifi həyata keçirilən səsvermə ilə 306 mənfi səsə qarşılıq 322 müsbət rəylə qəbul edildi.
Buna baxmayaraq baş nazir B. Conson qanun təklifinin qəbul edilməsinə baxmayaraq Aİ-dən təxirə salınma üçün heç bir tələb etməyəcəyini dedi: "Bu qanun məni maraqlandırmır, oktyabrın 31-də hazırkı müqavilə ilə Avropadan çıxacağıq".

DİGƏR XƏBƏRLƏR

Top