Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan 3-cü Afrika Müsəlman Dini Liderlər Zirvəsində iştirakçılardan birinin gözlənilməz hərəkəti ilə qarşı-qarşıya qalıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan 3-cü Afrika Müsəlman Dini Liderlər Zirvəsində Avropa ölkələrinin Afrikaya qarşı tətbiq etdiyi zülümlərdən danışıb. İştirakçıların alqışları ilə nitqini bitirən Türkiyə prezidenti daha sonra zirvədə iştirak edən afrikalı müsəlmanlarla görüşüb. Bu vaxt maraqlı hadisə yaşanıb. Üzvlərdən biri Ərdoğanın əlini sıxaraq özünə tərəf çəkib və "reis" deyərək qucaqlamağa başlayıb. Yaxın mühafizəçilərdən biri dərhal həmin adama müdaxilə edib. Çətin anlar yaşayan Ərdoğan isə onu qucaqlayan adama "çox güclüsən" deyərək gülməyə başlayıb.