Tibb dünyası ŞOKDA – Xəstənin mədəsindən 200-ə yaxın metal çıxdı - FOTO


Türkiyədə həkimlər qeyri-ad hadisə ilə üzləşiblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Bornova bölgəsində yaşayan 41 yaşlı bir adam qarın ağrısı şikayəti ilə Ege Universitetinin tibb fakültəsi xəstəxanasına çatdırılıb. Belə ki, o, dərhal rentgen müayinəsinə aparılıb. Əməliyyat olunan xəstənin mədəsindən 200-ə yaxın metal parçası çıxarılıb.
Məsələ ilə bağlı Ege Üniversitetinin tibb fakültəsi xəstəxanasının baş həkimi Tuncay Göksel açıqlama verərək xəstənin mədəsindən çəkisi  680 qram metal parça aşkar edildiyini bildirib : “Psixoloji problemləri olan bir xəstəmizdi. Buna görə də müxtəlif metallar, maqnit parçaları udub. Uğurlu əməliyyat keçirən xəstənin mədəsindən təxminən 680 qram metal çıxarılıb. Ancaq bu metaların mədədə uzun müddət qalması zəhərlənməyə səbəb olub. Buna görə də xəstənin qan hüceyrələrində azalma baş verib. Metalın yaratığı toksinləşmə üzündən xəstə dünyasını dəyişib”.

Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top