NASA ABŞ-dan olan kosmonavtlar - Kristina Qamak və Cesika Meirni kosmosa göndərib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, “Tvitter” hesabından canlı yayımlanan gəzintidə, NASA-nın gələcək planlarında qadınlardan ibarət qrupun fəaliyətinin önəmli olduğu deyilib.
NASA-dan bildirilib ki, 2024-cü ildə aya bir qadın göndərilə bilər.
NASA-nın insan axtarış proqramının rəhbəri Ken Bauersoks qadınların kosmosa göndərilməməsinin səbəblərini açıqlayarkən bildirib ki, qadınların kosmosa getməsini çətinləşdirən əsas amil fiziki səbəblərdir.
Xatırladaq ki, səyahət mart ayında planlaşdırılsa da, qadınlara uyğun kosmonavt geyiminin olmadığına görə oktyabra təxirə salınmışdır.
Qeyd edək ki, kosmosa göndərilən ilk qadın 1984-cü ildə Valentina Tereşkova olub.
Şəbnəm Zahir