Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 27-də keçiriləcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 27-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 27-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib. (APA)