Azərbaycanda işsizlərin heç 1%-nə belə müavinət verilmir - Rayonlar üzrə SİYAHI


Bu il oktyabr ayının 1-nə olan məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 195,3 min nəfər olub və onlardan 4 milyon 943,6 min nəfərini məşğul əhali təşkil edib. Bu həm də o deməkdir ki, Azərbaycanda 251,7 min nəfər işsiz insan var.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artıb. Belə ki, ötən ilin oktyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 251,6 min işsiz olub.
Azərbaycanda ümumi işsizlərin sayında ciddi dəyişiklik olmasa da, məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilən şəxslərin sayı kəskin artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə rəsmi işsiz statusu verilən şəxslərin 2,1 dəfə artaraq 74 min 106 nəfərə çatıb.
Maraqlıdır ki, işsiz statusu verilən şəxslərin sayı 2,1 dəfə artdığı halda, işsizlikdən sığorta ödənişi (İşsizlik müavinəti) alanların sayı isə 76% və ya 459 nəfər azalıb. 1 oktyabr 2019-cu il tarixinə olan məlumata görə işsiz statusuna malik insanların yalnız 0,8%-i və ya 603 nəfəri işsizlik müavinəti alıb.
Ayrı-ayrı rayonlarda bu fərq daha böyükdür. Məsələn, Masallı rayonunda 1507 nəfərin rəsmi işsiz statusu olsa da, onlardan heç biri işsizlik müavinəti almayıb. Yaxud Şamaxı rayonunda 755 nəfər işsizdən heç birinə müavinət verilməyib. Bundan başqa Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan 8 rayon və şəhərdə qeydə alınan 3 min 798 işsizdən yalınz 7 nəfərinə müavinət verilib.
Hər zaman oldiuğu kimi bu dəfə də Naxçıvan Muxtar Respublikasında nə işsiz, nə də müavinət alan olub.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 29 min 740 nəfəri Bakı şəhərinin payına düşüb.

Rayonlar üzrə işsiz statusu alanların sayı: (1 oktyabr 2019-cu il vəziyyətinə)
Şəhərlər və rayonlar İşsiz statusuna malik olanlar, nəfər
1 oktyabr 2019
İşsiz statusuna malik olanlar, nəfər
1 oktyabr 2019
Ölkə üzrə – cəmi 74 106 603
Bakı şəhəri – cəmi 29 740 359
Abşeron iqtisadi rayonu – cəmi 7 567 42
Xızı rayonu 376 2
Abşeron rayonu 1 730 14
Sumqayıt şəhəri 5 461 26
Gəncə-Qazax iqtisadi rayonu – cəmi 10 480 41
Gəncə şəhəri 808 26
Qazax rayonu  
663
4
Ağstafa rayonu 509 1
Tovuz rayonu 1 374 3
Şəmkir rayonu 4 210 3
Gədəbəy rayonu 1 336 2
Daşkəsən rayonu 701 -
Samux rayonu 333 1
Göygöl rayonu 345 -
Goranboy rayonu 318 1
Naftalan şəhəri 243 -
Şəki-Zaqatala iqtisadi rayonu – cəmi 2 385 10
Balakən rayonu 479 1
Zaqatala rayonu 258 1
Qax rayonu 392 -
Şəki şəhəri 510 2
Oğuz rayonu 206 1
Qəbələ rayonu 540 5
Lənkəran iqtisadi rayonu – cəmi 3 215 16
Astara rayonu 261 -
Lənkəran şəhəri 241 13
Lerik rayonu 174 -
Yardımlı rayonu 90 3
Masallı rayonu 1 507 -
Cəlilabad rayonu 942 -
Quba-Xaçmaz iqtisadi rayonu – cəmi 2 924 10
Qusar rayonu 627 -
Xaçmaz rayonu 519 4
Quba rayonu 690 4
Şabran rayonu 456 2
Siyəzən rayonu 632 -
Aran iqtisadi rayonu – cəmi 9 763 63
Göyçay rayonu 483 6
Beyləqan rayonu 274 3
Ağcabədi rayonu 377 2
Bərdə rayonu 974 6
Neftçala rayonu 818 3
Biləsuvar rayonu 467 1
Salyan rayonu 1 453 2
Yevlax şəhəri 190 9
Mingəçevir şəhəri 951 8
Ağdaş rayonu 459 6
Ucar rayonu 470 -
Zərdab rayonu 292 -
Kürdəmir rayonu 360 1
İmişli rayonu 757 3
Saatlı rayonu 119 1
Sabirabad rayonu 122 2
Hacıqabul rayonu 987 -
Şirvan şəhəri 210 10
Yuxarı Qarabağ iqtisadi rayonu – cəmi 3 798 7
Cəbrayıl rayonu 255 1
Füzuli rayonu 667 2
Ağdam rayonu 1 518  2
Tərtər rayonu 714 2
Xocalı rayonu 273 -
Şuşa rayonu 145 -
Xocavənd rayonu 226 -
Xankəndi şəhəri - -
Kəlbəcər-Laçın iqtisadi rayonu – cəmi 1 505 50
Kəlbəcər rayonu 449 4
Laçın rayonu 320 5
Qubadlı rayonu 507 23
Zəngilan rayonu 229 18
Dağlıq Şirvan iqtisadi rayonu – cəmi 2 369 5
Qobustan rayonu 494 1
İsmayıllı rayonu 691 1
Ağsu rayonu 429 3
Şamaxı rayonu 755 -
Naxçıvan Muxtar Respublikası – cəmi - -
 
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top