"Türkiyənin bu məsələdə avantajlı olması Azərbaycanın da maraqlarına uyğundur" - Deputat


“Razılaşmanın əldə olunması Türkiyənin nəzərə tutduğu layihəyə zidd deyil”.
Bunu Yeniavaz.com-a Milli Məclisinin deputatı Fazil Mustafa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşündə "Barış Pınarı" əməliyyatlarının 120 saatlıq dayandırılmasına münasibət bildirərkən deyib.
Atəşkəsin əldə olunmasının Türkiyəyə üstünlük verəcəyini vurğulayan F. Mustafa bildirdi:
“Bu sona qədər gedən bir müharibə deyildi ki, kimisə sona qədər məğlub edəsən. Əsas o idi ki, Türkiyə lazım olan məsafəyə qədər öz güvənli bölgə istəyini həyata keçirtsin.  Amma indi əsas məsələ amerikalıların bunu nə dərəcə təmin edəcəkləridir. Beş gün ərzində PKK-nı çəkə biləcəklər ya yox məslələr əsas bunun üzərində yoğunlaşır. Deyilənlərə əməl olunarsa onda bu Türkiyənin uğuru kimi qiymətləndirilməlidir. Olunmazsa yəqin ki türk ordusu təmizləmə əməliyyatını davam etdirəcək”.
Bu razılşamanın Azərbaycan üçün xüsus bir təsiri olmadığını diqqətə çatdıran F. Mustafa: “Türkiyənin bu məsələdə müəyyən dərəcədə avantajlı olması elə Azərbaycanın da maraqlarına uyğundur. Çünki Türkiyə bizim qardaş ölkədir və biz qardaş ölkənin problem yaşamasını istəmərik. Bizim faydamıza olan məsələ Türkiyənin faydasına olan nəticədir” – dedi.

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top