Bakıda küçədən birgünlük körpə tapılıb - KÖRPƏNİN VİDEOSU

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub. 

Körpə tapılandan sonra xəstəxanaya aparılıb. 

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil. 

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top