Təslim olan YPG-li terroristin dəhşətli etirafları - VİDEO


Türkiyənin Suriyada həyata keçirdiyi "Barış Pınarı" əməliyyatı zamanı təslim olan terrorçu YPG-nin zülmündən danışıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyinin "Twitter" hesabından təslim olan terrorçunun görüntüləri paylaşılıb. YPG-li terrorçunun etirafları belədir: "Mənə zorla silah verdilər. Heç silahdan istifadə etməyi belə bilmirdim. Mənə dedilər ki, Türk dövlətinə qarşı döyüşəcəksən. Mən onlara qoşulmaq məcburiyyətində idim. Çünki, əks halda ailəmi qətlə yetirəcəkdilər. Türkiyə hücuma başlayanda silahı buraxıb təslim oldum. Türkiyə dövlətindən üzr istəyirdim".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top