Azərbaycana hər gün xaricdən 114 ədəd avtomobil gətirilir


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana xaricdən 30 min 908 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci ilin ilk 9 ayı ilə müqayisədə 14 min 526 ədəd və yaxud 88,7% çoxdur.
Bu ilin ilk 7 ayında gündəlik avtomobil idxalı orta hesabla 114 ədəd olub.
Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 89,5% artaraq 27 min 825-ə yüksəlib.
Bundan başqa yanvar-sentyabr aylarında 371 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 597 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 115 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top