Ukraynanın qaz anbarlarında saxlanılan “mavi yanacağ”ın həcmi rekord həddə çatıb


Ukraynanın yeraltı qaz anbarlarında 21 milyard kubmetrdən çox “mavi yanacaq” toplanıb.

Bu barədə “Naftogaz”ın mətbuat xidməti məlumat yayıb.

Hazırda anbarlarda saxlanılan təbii qazın həcmi son 10 ildə ən yüksək göstəricidir. Bu da qışda istiliklər bağlı vəziyyətin sabit olacağına zəmanət verir. Yeraltı qaz anbarlarına “mavi yanacağ”ın vurulması davam edir.

Qeyd edək ki, Ukrayna payız-qış mövsümünə hazırlıq işlərinə hələ cari ilin aprelində başlayıb.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top