Tramp Türkiyəyə deliqasiya göndərir - Razılıq əldə olunsa...


ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo sabah Türkiyəyə səfər edəcəklər.

Yeniavaz.com xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.

Səfərin məqsədi Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatları durdurmasına nail olmaqdır. Razılıq əldə olunarsa, Türkiyəyə qarşı sanksiyaların qaldırılacağı açıqlanacaq.

Vitse-prezident Maykl Pens və dövlət katibi Maykl Pompeonu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri müşayiət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top