Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər. Türkiyə ordusu ilə Suriya hakimiyyət qüvvələri arasında münaqişələrin qarşısının alınmaısnın vacibliyi qeyd olunub.

"Rusiya prezidenti Suriya-Türkiyə sərhədi boyunca yerləşən rayonlarda humanitar vəziyyətin kəskinləşməsinə diqqət çəkib. Vladimir Putin baş vermiş vəziyyətdən kürd sialhlı qruplaşmaları tərəfindən mühafizə olunan terror təşkilatlarının, o cümlədən İŞİD-in üzvlərinin istifadə etməsinin qəbuledilməz olduğunu hesab etdiyini söyləyib. Artıq terrorçular azadlığa çıxmağa və qonşu ölkələrə sızmağa cəhd etməyə səylər göstərirlər.

Rusiya və Türkiyə prezidentləri Suriyada siyasi nizamlanma prosesinin davam etdirilməsinin vacibliyini vurğulayaraq BMT-nin himayəsi altında oktyabrın sonunda Cenevrədə Konstitusiya komtəsinin çağırılmasına yardım etmək niyyətində olduqlarını ifadə ediblər.

V. Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. Dəvət qəbul olunub",-deyə Kremlin məlumatında qeyd olunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top