Rusiyada "fake" xəbərlərin dərc olunmasına görə ilk dəfə media qurum cərimə olunub


Moskvanın Xoroşevski rayonunun məhkəməsi "Moment istinı" (Həqiqət anı) nəşriyyat evini və onun baş redaktorunu media azadlığından sui-istifadə etdiyinə görə cərimələyib.

Bunu məhkəmənin mətbuat katibi Mariya Makarçuk deyib.

Qeyd olunur ki, təşkilat üçün cərimənin məbləği 200 min rubl (müsadirəsiz) (təxminən 5300 manat), əməkdaş üçün isə 60 min rubl (təxminən 1,600 manat) təşkil edib.

Makarçuk deyib ki, müttəhimlərə "Roskomnadzor" tərəfindən başladılmış məhkəmə prosesi haqqında məlumat verilib, lakin onlar məhkəməyə gəlməyiblər.

Mart ayında Rusiyanın İnzibati Xətalar Məcəlləsinə saxta xəbərlərin dərc olunmasına görə məsuliyyətə dair məqalə daxil edilib. Bundan əvvəl bu məqalə əsasında media qurumlara cərimə kəsilməsinə dair heç bir məlumat verilməyib.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top