Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 611-ə çatıb


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış Pınarı" antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı 611-ə çatıb. 

Yeniavaz.com “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 24 terrorist isə təslim olub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış Pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top