Ermənistan ordusunun hərbçiləri Suriyaya göndərildi - VİDEO


Ermənistan ordusunun daha bir qrup hərbçisi dünən Suriyaya göndərilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Rusiyaya məxsus hərbi təyyarə ilə Suriyaya göndərilən erməni hərbçilərin arasında həkimlər və minaaxtaranlar üstünlük təşkil edir. 
Məlumatda qeyd olunur ki, onlar Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olan ərazilərdə xidmət keçəcəklər.
Qeyd edək ki, bu ilin fevral ayında da Ermənistan ordusunun 83 hərbçisi Suriyaya göndərilib. Onlar orada Rusiya hərbi heyətinin tərkibində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top