Türkiyənin "Barış Pınarı" əməliyyatının 7-cü günündə 1 əsgər şəhid oldu


Suriyanın Münbiç bölgəsində terrorçuların minaatan və artilleriyalardan istifadə edərək atəş açması nəticəsində 1 əsgər şəhid olub, 8-i isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Nazirliyi məlumat verib.
Verilən məlumata görə, atəş açılan bölgə Türkiyə Silahlı Qüvvələri tərəfindən aşkar edilərək, əks hücum olunub. Hücum nəticəsində 15 terrorçu öldürülüb.
Qeyd edək ki, “Barış Pınarı” əməliyyatında 5 əsgər şəhid olub, 155-i isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top