Türkiyədə müalicə olunan Yalçın Rzazadə ilə bağlı YENİ XƏBƏR


Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bunu "Report"a Y.Rzazadənin oğlu Orxan Rzazadə deyib.

O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top