Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir - VİDEO

Azərbaycanda efirdə hələ doğulmamış uşağın ana tərəfindən başqasına hədiyyə verilməsi ilə bağlı maraqlı hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında müğənni Dəniz dünyaya gələcək övladını ana ola bilməyən həmkarına verəcəyini bildirib. Müğənninin bu sözləri tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

“İkinci dəfə ana olmağa hazırlaşıram. Oğlum olsa, onu Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm”, - deyə müğənni qeyd edib.  

 

 

DİGƏR XƏBƏRLƏR

Top