Həbib Nurməhəmmədov növbəti rəqibini açıqladı

UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb. 

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”ə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını deyib. 

“Çox güman ki, Toni Ferqyuson növbəti rəqibim olacaq, çünki başqası yoxdur. O, buna layiqdir, biz döyüşməliyik, ondan sonra kanadalı Corc Sen-Pyerr ilə qarşılaşa bilərəm. Çəkimi artırmayacağam, öz çəkimdə qalmaq, titulumu qorumaq, yüngül çəkidə tarixin ən yaxşı döyüşçülərindən biri olmaq istəyirəm”, - deyə Nurməhəmmədov bildirib.

Xatırladaq ki, Nurməhəmmədov ümumilikdə 28 döyüş keçirib və hamısında qələbə (18-ində erkən qələbə) qazanıb. 35 yaşlı Ferqyuson da 28 döyüşə çıxıb. Onlardan 25-də qələbə qazanıb, 3 dəfə isə məğlub olub. 

DİGƏR XƏBƏRLƏR

Top