Daha 3 şəxsə Nobel mükafatı verildi


İqtisadiyyat üzrə Nobel mükafatının builki qalibləri müəyyən olnub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, iqtisadi elmlər üzrə araşdırmalaraına görə Abicit Banerji, Ester Duflo və Maykl Kremer iqtisadiyyat üzrə Nobel mükafatının builki qalibləri olublar.
İsveç Kral Elmlər Akademiyasından verilən məlumata görə, iqtisadçılar bu mükafata "qlobal yoxsulluqla mübarizə və yoxsulluğun azaldılması üçün etibarlı üsulların axtarılması" sahəsindəki fəaliyyətləri əsasında layiq görülüblər.
Qeyd edək ki, ixtisaslaşmış müstəqil bir qurum olan  İsveç Kral Elmlər Akademiyası eyni zamanda fizika və kimya sahələrindəki Nobel mükafatlarının laureatlarını müəyyən edir.

DİGƏR XƏBƏRLƏR

Top