Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi çərçivəsində “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə Hacıqabulun “Nar vadisi”nə aqrotur təşkil edilib.
Yeniavaz.com xəbər verir ki, turda yerli və dövlət orqanları ilə yanaşı, səfirliklərin nümayəndələri də iştirak ediblər.
Aqrotur iştirakçıları seleksiya yolu ilə əldə edilmiş “MinaŞirin” nar sortu tinglərindən salınmış bağlarla tanış olublar.
Yerli sahibkar “Red Valley” şirkətinin rəhbəri Rəşad Şirinov “MinaŞirin” nar sortunun böyük ixrac potensialı olduğunu bildirib.
Aqroturda iştirak edən BMT İP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bu layihə çərçivəsində yeniliyi, aqroturizmi və aqro-biomüxtəlifliyi təşviq etdiklərini söyləyib.
Təşkilatçılardan olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova “MinaŞirin” nar sortunun ölkə xaricində də yetişdirldiyini deyib.