DİN-dən Pərvanə Əhmədovanın yoxa çıxması ilə bağlı RƏSMİ AÇIQLAMA


İctimai fəal Fatimə Mövlamlı “Facebook” hesabından, son günlər sosial şəbəkələrdə oktyabrın 8-də "Milli Şura"nın Bakıda, Şəhər İcra Hakimiyyətinin binası önündə keçirdiyi piketdə səsləndirdiyi “Alo! Bura bax! Qarabağda Paşinyan at oynadır!” deyərək məşhurlaşan Pərvanə Əhmədovanın güc strukturları tərəfindən oğurlandığını bildirən paylaşım edib.
Yeniavaz.com məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxladı.
F. Mövlamlının fikirlərinin əsassız olduğunu bildirən E. Zahidov soruşdu ki, Pərvanə xanımı nə üçün oğurlamalıdırlar ki?: "Bu xəbərlər Fatimə Mövlamlının növbəti uydurması, növbəti yalanıdır və əsassızdır. Pərvanə xanım niyə yoxa çıxır ki? Pərvanə xanım öz evində eşiyindədir”.

DİGƏR XƏBƏRLƏR

Top