"Barış Pınarı" əməliyyatından nəfəs kəsən görüntü - ANBAAN VİDEO


YPG-li terrorçular yük avtomobilinə tuneldən silah yükləyərkən pilotsuz təyyarə ilə məhv ediliblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi Suriyada keçirilən əməliyyatdan yeni görüntülər yayıblar. Videoda yerin altında yerləşən YPG-nin silah deposunun qarşısında yük avtomobili görünür. Bir neçə terrorçu tuneldəki silahları avtomobilə daşımağa başlayırlar. Koordinatları dəqiqləşdirilən terror yuvası silahlı pilotsuz təyyarə ilə vurulur. Silah deposundakı sursatların da məhv edilməsi ilə bölgədə şiddətli partlayış baş verib.

DİGƏR XƏBƏRLƏR

Top