Eltondan televiziya kanalının rəhbərinə SƏRT SÖZLƏR: "Adam kişi olar, şərəfsiz yox" - VİDEO


Müğənni Elton Hüseynəliyev Mədəniyyət kanalının rəhbəri Ramil Qasımova qarşı iddialar səsləndirib.
Yeniavaz.com xəbər verir ki, o bunla bağlı “İnstagram” hesabında bir neçə video yayımlayıb.
E.Hüseynəliyev ilk videosunda efirlərdən utandığını və onların başqa şeylər təbliğ etdiyini qeyd edib: “Əziz sevimli pərəstişkarlar, artıq mən həvəsdən düşmüşəm, bilirəm bu yanlış bir şeydi, ancaq efirlər artıq başqa şeylər təbliğ edirlər. Yəni Azərbaycan incəsənəti bərbad vəziyyətdədir. Azərbaycan televiziyalarına, xüsusilə proqram direktorlarına üzümü tuturam, niyə görə oxuya bilənləri efirə çağırmırsınız, niyə görə oxuya bilməyənlərdən pul alıb efirə çıxarırsınız? Azərbaycanı belə vururlarda hə? Mən sabah cənab Prezidentə məktub ünvanlıyacam və belə açıq aydın video çəkib paylaşacam ki, bu efirlərə bir əncam çəkilsin və xalqın adından xahiş edirəm ki, bu biyabrçılıqlara son qoyulsun. Dövlət kanalında işçi olaraq  adım gedirdi, ancaq maaşımı başqa kimsə alırdı. Alırsınız heç olmasa şəhid ailəsinə, ehtiyacı olana verin”.
Növbəti videoda o, Ramil Qasımov haqqında kəskin ittihamlar səsləndirib:
“Ramil Qasımov sən mənim qrup yoldaşım olanda biz sənə himayədarlıq edirdik.  Sən həmişə şit olmusan bu gün də şitsən. Orxan Babazadədən pul alırsan, Eliza İbrahimovanın gecəsində oxutdurursan. Sənin nə ixtiyarın var, sənin mədəniyyət kanalının direktoru olmağın sənə  ixtiyar vermir bunları edəsən. Solistliklə bağlı imza çəkərkən mənimlə rəsmi danışırsan, dövlət bizə post verib deyirsən, dövlət sənə post verib sənin hünərin nədir o postdan çıxasan? Ancaq sən o postdan çıxırsan. Amma mənə vəzifə lazım deyil, mənə xalqımın rifahı lazımdır. Sadəcə mən efirlərimizdən utanıram, bizim kanallara ermənilərdə baxır və bu biyabrçılığı görməklərindən utanıram”.
E.Hüseynəliyev efirlərdə ki, rüşvətçilik məsələsinə də toxunaraq, sponsoru olanların efirə buraxıldığını deyib: "Mən nə qədər kəsilən, insanların yeyilən haqqlarından, kəsilən maaşlarından danışsam, gərək uzun video çəkəm. Bunlardan cənab prezidentin xəbəri yoxdur, ona demirlər. Qızları, gəlinləri başqa şərtlərlə işə götürmək istəyirlər. Biz incəsənət insanları bunları bilirik, amma danışmağa qorxurlar. Bəlkə xofludurlar, ona görə.  Şükür Allaha, biz Azərbaycana heç vaxt naxələf olmamışıq. Həmişə vətənə sadiq olmuşuq, bundan sonra da canımız qurban olsun. Ey cavan gəlinlərin pulunu kəsib yeyən şərəfsizlər, güzgüyə baxanda heç utanırsız? Kimin sponsoru var, puldan buraxır, onun pulunu yeyib-yatırsız, amma abırlı-həyalı, gözəl-göyçək Azərbaycan qızlarının-gəlinlərinin efirdə işləməsini, oxumasını əngəlləyirsiz. Xeyir ola?"
Sənətçi eyni zamanda türkiyəli müğənni İbrahim Tatlısəsi Azərbaycana gətirdiyi üçün öz cibindən 70000 dollar xərclədiyini və onun efirə getmədiyini qeyd edib:
“Deyirsiniz ki, konsert sevmirsən. Heydər Əliyev sarayının kirayəsi bilirsiniz nə qədərdir? 18000 manat . Bəli doğru eşitdiniz 18000 manat. Bu rüsum əcnəbilər üçün olmalıdır, yəni bizim üçün yox. Bizim nazir nə işlə məşğuldur, mən bilmirəm. 2011- ci ildə mən İbrahim Tatlısəsin orkestrasını gətirdim, öz cibimdən 70000 dollar xərc çəkdim. Mənim o konsertim efirə getmədi, buraxılmadı. Niyə buraxılmadı? Səbəbini bilmirəm, yəqin tapşıranım yoxdu ona görə. Yəni, sözüm odur ki, Allah rəhmət etsin Azərbaycan incəsənətinə. Gör incəsənət nə gündədir ki, onu kimlərə tapşırıblar”.
Ən sonda isə E.Hüseynəliyev R.Qasımova qarşı növbəti dəfə kəskin ifadələr səsləndirib: “Bir nəfər deyəsən işçisinə töhmət verib, yəqin xoşuna getmiyib mənim adını çəkməyim. Bəs rüşvət alanda bilmirsən belə olacaq? Camatın haqqın yeyəndə bilmirsən belə olacaq? Adam şərəfsiz olmaz, adam kişi olar. Mən xalqın müğənnisiyəm, mən efirlərə özümü reklam etmək üçün çıxmıram. Altı aydır efirlərdə yoxam şükür Allaha yenə də Elton Hüseynəliyev olaraq sevilirəm, bəyənilirəm. Mənim davam “Əməkdar artist” davası da deyil. Heç mən dövlətimdən ad istəmirəm, nə etmişəm ki ad alam? Adı oxumağa görə vermirlər, əməyə görə verirlər. Haqq ədalət istəyirəm”.

Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top