Türkiyənin məşhur aparıcı-müğənnisi Seda Sayan sərxoş halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranların birində dostları ilə yeyib-içdikdən sonra avtomobili sərxoş halda idarə edib.
Belə ki, polis tərəfindən saxlanılan sənətçi cəzalandırılaraq 6 ay müddətində sürücülük hüququndan məhrum edilib.
“İl ərzində 2-3 dəfə avtomobil idarə edirəm, onda da sərxoş halda tutuldum”, - deyə sənətçi qeyd edib.