"New York Times" rus pilotların Suriya əməliyyatından şok səs yazılarını yayımladı - VİDEO


Suriyada müxaliflərə qarşı hərbi əməliyyatlar keçirən rus pilotların xəstəxanaları bombalamaq üçün icazə aldıqları səs yazıları ortaya çıxıb.
Yeniavaz.com nytimes.com-a istinadla xəbər verir ki, yeni ortaya çıxan səs yazısında rusiyalı qırıcı təyyarə pilotları vuracaqları hədəflərin koordinatlarını bildirirlər. Daha sonra  xəstəxanaya aid olan həmin yer qırıcılar tərəfindən darmadağın edilir. Kafr Nabl adlı cərrahiyə xəstəxanasına bir neçə dəqiqə fasilə ilə 5 qırıcı təyyarə hücum edərək darmadağın edir. Rusiyaya aid qırıcılar daha sonra digər xəstəxanaları da hədəf alır. Nəticədə həmin gün 5 xəstəxana bombalanır. Yayımlanan səs yazısı və sənədlərdə Suriya səmasında minlərlə rus qırıcılarının ölkəni bombaladığı göstərilib. Pilotların aldığı əmrlər, hədəfin koordinatları və əməliyyatı bitirdiyinə dair məruzələrin bütün səs yazıları yayımlanan videonun içərisində yer alıb. Müşahidələrdə Suriyaya ordusuna aid qırıcılardan hava hücumunda istifadə edilməməsi diqqət çəkib. Hədəfləri vuran minlərlə qırıcının pilotları rus dilində danışır. Yeni yayımlanan görüntülər Rusiyanın Suriyada yerləşən xəstəxanaları bombaladığına dair əyani sübut olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top