Azərbaycanlı mahnını dəyişdirmədiyi üçün DJ-i öldürdü - VİDEO


Rusiyanın Leninqrad vilayətində azərbaycanlı müştəri restoranda cinayət törədib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Lelinqrad vilayətinin Kirov rayonunda yerləşən restoranların birində baş verib. Belə ki, sözügedən şəxs səsləndirilən mahnını bəyənməyib, DJ-dən onu dəyişdirməsini tələb edib. DJ isə mahnını dəyişdirməkdən imtina edib. Bu zaman DJ-in üzərinə bıçaqla hücum edən azərbaycanlı onu ürəyindən bıçaqlayıb və hadisə yerindən qaçıb.
Zərərçəkən şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümükün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top