Salamlaşdıqdan sonra insan psixologiyasında qəribə dəyişikliklər - Elmi ARAŞDIRMA


İngiltərədə aparılan yeni araşdırma nəticəsində əl-ələ salamlaşmanın insan psixologiyasina təəccübləndirən təsirləri ortaya çıxıb.
Yeniavaz.com sciencefocus.com-a istinadla xəbər verir ki, İngiltərənin Dandi Universitetinin psixologiya kafedrasında aparılan araşdırmada əl ilə uzun və ya qısa salamlaşmanın insana fərqli təsirlərinin olduğu bildirilib. Araşdırmaçılar bir neçə nəfəri eyni yerə toplayaraq bəziləri ilə 3 saniyədən az, bəziləri ilə 3 saniyədən çox, bəziləri ilə isə heç salamlaşmayıb. Daha sonra xüsusi cihazlarla həmin şəxslərin psixologiyasındakı dəyişikliklər incələnib. Nəticədə, daha uzun salamlaşan şəxslərin az güldüyü, qayğılarının artdığı müşahidə edilib. Normal salamlaşan insanların isə daha çox gülümsədiyi ortaya çıxıb. Salamlaşmayanlarda isə psixoloji heç bir dəyişiklik özünü göstərməyib. Araşdırma qrupunun rəhbəri həkim Neqi əl ilə salamlaşmanın vaxta bağlı olaraq artan və ya azalan vacib nəticələrinin olacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top