Ölüm hallarının səbəbləri arasında ilk yeri ürək-damar xəstəlikləri tutur. Ürək-damar xəstəliklərinin ən vacib səbəbləri arasında isə stress faktoru üstünlük təşkil edir. Fiziki fəaliyyətin olmaması, siqaret və spirtli içki vərdişləri bu riski daha da artırır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Begüm Öztürk bu xəstəliyin ən çox yayıldığı peşə sahələrinin adlarını açıqlayıb.
“İdarəçilər, millət vəkilləri, siyasətçilər, jurnalistlər və həkimlər təhlükə altındadır. İnsan peşəsini dəyişdirə bilməz, amma stressi idarə etməyi öyrənməlidir” - deyən kardioloq Begüm Öztürk ürək-damar xəstəliklərinin bu peşələrdə daha çox görüldüyünü vurğulayıb.
B.Öztürk, ürək-damar xəstəliklərinə ən çox idarəçilər, millət vəkilləri, siyasətçilər, jurnalistlər və həkimlərin tutulduğunu qeyd edib. Onun sözlərinə görə, bu peşələrdə çalışanların iş rejimləri çox ağır və stressli olduğundan onlarda bu xəstəliklərə daha çox rast gəlinir:
“Bütün bunlardan əlavə, adları açqlanan peşə sahələri işçiləri məsuliyyət sahibi olduğundan, uzun iş saatları, tez-tez səyahət, iclaslar da bu xəstəliklərin yaranma riskini artırır. Məsələn, səyahətlər zamanı aydındır ki, çoxları düzgün qidalanmır və "fast-food"lara üstünlük verir. Belə zərərsiz qidalarla birlikdə siqaret çəkmək də ürək-damar xəstəlikləri riskini artırır. Buna görə də ölüm digər peşə sahiblərinə görə bu peşə sahiblərində daha çox görülür”.
Fəridə Qədirova