"Barış Pınarı" 5-ci gün: 480 terrorçu öldürüldü, 42 kənd azad edildi - FOTO


Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rakka əyalətinin Tel-Abyad sərhəd şəhərinin cənub-şərqindəki Suluk rayonunu terrorçulardan tam azad edib.

Yeniavaz.com Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri ərazini tam nəzarətə götürüb və hazırda axtarış-xilasetmə işləri aparırlar.
Məlumatda bildirilir ki, "Barış Pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu məhv edilib, 42 kənd terrorçulardan tam azad edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış Pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top