Macarıstan - Azərbaycan oyununda hesab açılıb - YENİLƏNİB

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında hesab açılıb.

Qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri hesabı açıblar.


***19:22
AVRO-2020-nin seçmə mərhələsi davam edir. 

Bu gün milli komandamız mərhələdə növbəti qarşılaşmasına çıxacaq. 

Yığmamız səfərdə Macarıstan millisi ilə qarşılaşacaq. 

Budapeştdə, “Qrupama Arena”da keçiriləcək qarşılaşmada hər iki komandanın start heyətləri açıqlanıb. 

Saat 20:00-da start götürəcək görüşdə aşağıdakı oyunçular iş başında olacaqlar. 

AVRO-2020-nin seçmə mərhələsi 

VIII tur 

13 oktyabr 

E qrupu 

20:00. Macarıstan – Azərbaycan 

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya) 

Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç 

Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 18. Dominik Nad, 19. David Holman, 21. Tamaş Kadar, 23. Filip Holender  

Baş məşqçi: Marko Rossi 

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov 

Baş məşqçi: Nikola Yurçeviç 

Budapeşt. “Qrupama Arena” stadionu 



***13:51
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək

C, E, G və I qruplarında, ümumilikdə, 9 qarşılaşma baş tutacaq:

C qrupu:

Belarus - Hollandiya

Estoniya - Almaniya

E qrupu:

Macarıstan - Azərbaycan

Uels - Xorvatiya

G qrupu:

Polşa - Şimali Makedoniya

Sloveniya - Avstriya

I qrupu:

Qazaxıstan - Belçika

Kipr - Rusiya

Şotlandiya – San-Marino

Qeyd edək ki, Bakıda Xorvatiyaya 1:3 hesabı ilə uduzan yığmamıza Avropa çempionatının final mərhələsinə vəsiqə şansını saxlamaq üçün səfərdə xal qazanmaq vacibdir. 

DİGƏR XƏBƏRLƏR

Top