Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - VİDEO


Yaponiyada güclü “Hagibis” tayfunu nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, tayfun nəticəsində 10 nəfər itkin düşüb, 160 nəfərdən çox şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. "Hagibis" tayfunu Yaponiyanın daha çox İzu yarımadasının ərazisindəki Honşu adasına ziyan vurub. Tayfunun mərkəzindəki təzyiq 945 hektopaskal, küləyin sürəti saniyədə 45 metrə çatır. Atmosfer təzyiqi isə 65-dir. Paytaxt Tokioda küləyin sürəti saniyədə 41,5 metrə çatıb. Bu sürət yük maşınını çevirmək, ağacları və elektrik ötürücülərinin dirəklərini yıxmaq üçün kifayət edir.
 

DİGƏR XƏBƏRLƏR

Top