İşə götürülməyən şəxs bələdiyyə binasını atəşə tutdu - FOTOLAR


Türkiyədə işə götürülməyən şəxs Bələdiyyə binasına ov tüfəngi ilə hücum edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Kayseri şəhərində baş verib. İşə götürülmədiyi üçün bələdiyyə binasına hücum edən K.Servet, 15 dəfə binaya atəş açıb. Hadisə ilə bağlı açıqlama verən bələdiyyə sədri Baki Bayrak, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib: “ Çox şükür ki, ölü və yaralımız yoxdur. Məsələ ilə bağlı prokurorluğa da müraciət etmişik”.
Faktla bağlı araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top