Hafiz Hacıyev: “Artıq söyülməyə öyrəşmişəm” - VİDEO


İTV telekanalında yayımlanan “3D” verlişinin bu dəfə ki qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.
Yeniavaz.com
xəbər verir ki, aparıcı H.Hacıyevə sosial şəbəkələrdə onun izləycilər tərəfindən bu qədər çox tənqid və təhqirə məruz qalmasının səbəbləri ilə bağlı suallar ünvanlayıb.
H.Hacıyev bu şərhlərin daha çox tənqid olduğunu bildirirb: “Açığı deyim məni tənqid edəcəklər, söyəcəklər, deyəcəklər dövlətə yaltaqlıq edir, xoş sözlər demiyəcəklər. Söyən də sağ olsun, tərifləyən də sağ olsun, hamısının ağzı şirin olsun. Küçə müxalifətinin trolları var, ağzımızı açamaqnan tənqid etməkləri bir olur. Ona görə də artıq mən öyrəşmişəm”.
MMP sədri Hafiz Hacıyev eyni zamanda özünün də müəyyən nöqsanları olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top