Azərbaycanlı müğənni metroda mahnı oxudu - VİDEO

İctimai Televiziyada yayımlanan “Yeraltı” verilişində maraqlı anlar yaşanıb. Sözügedən proqramda qonaq olan Əməkdar artist Bəhram Bağırzadə və müğənni Dilarə Kazımova çəkiliş qrupu ilə bərabər Bakı metrosunun “İçərişəhər” stansiyasına gəliblər.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, B.Bağırzadə Dilarənin mahnı oxumasını istəyib.

O, Dilarəyə “Metroda heç oxumusunuz?” sualını ünvanlayıb. Kazımova isə cavab olaraq, ilk dəfə burada mahnı oxuyacağını dilə gətirib. 

Sənətçi vaqonun içində “Dəm olmuşam” mahnısını səsləndirib.

DİGƏR XƏBƏRLƏR

Top