Vilayət Eyvazov Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə rəis təyin etdi


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmrinə əsasən, polis mayoru Qulu Quliyev 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib. 

O, bundan əvvəl qurumun Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində işləyib.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top